"Qarabağ" rəsmisindən Kadinin transferi ilə bağlı AÇIQLAMA
"Qarabağ" sabiq futbolçusu Kadi Borgesi "Krasnodar"dan geri qaytarması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun baş meneceri Asif Əsgərov bu barədə Rusiyanın "Sport Ekspress" nəşrinə açıqlama verib.
Klub rəsmisi Borgeslə razılıq əldə olunması xəbərlərinin həqiqəti əks etdirmədiyini deyib:
"Qarabağ"ın Kadi ilə müqavilə imzalaması ilə bağlı məlumatlar doğru deyil".
Xatırladaq ki, polşa əsilli braziliyalı vinger 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər "köhlən atlılar"ın formasını geyinib.
Onun Krasnodar təmsilçisi ilə anlaşması 2026-cı il iyunun 30-na qədərdir.