Musa Qurbanlı "Qarabağ"ın qış çempionluğunu rəsmiləşdirdi
Azərbaycan Premyer Liqasında 3-cü turdan təxirə salınan oyun keçirilib.
Mediasport.az xəbər verir ki, son çempion "Qarabağ" Şamaxı səfərində meydana çıxıb.
Çətin keçən matçda ağdamlıların qələbə topunu sona saniyələrdə Musa Qurbanlı vurub.
Beləliklə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanaraq ən yaxın izləyicisi "Araz-Naxçıvan"la xal fərqini 5-ə çatdırıb və dövrələrarası fasiləyə 1 tur qalmış qış çempionluğunu rəsmiləşdirib.
Azərbaycan Premyer Liqası. 3-cü tur
“Şamaxı” - “Qarabağ” 0:1
Qol: Musa Qurbanlı, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu
"Şamaxı”: 1. Rikardo Fernandeş 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 32. Vasiliye Radenoviç 20. Leroy Mikels (k) 93. Brahim Konate 9. Belaydi Pusi 66. Vasiliye Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 10. Emin Zamanov 80. Zahid Mərdanov 13. Ramin Əhmədov 22. Qurban Səfərov 19. Fəxri Məmmədli 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 20. Riçard Almeyda (k) 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 8. Marko Yankoviç 2. Mateus Silva 6. Julio Romao 19. Redon Cica 15. Leandro Andrade 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 12. Sadiq Məmmədzadə 27. Toral Bayramov 22. Musa Qurbanlı 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 66. Patrik Andrade 7. Yassin Benzia 18. Olavio Juninyo 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.