Seydiyev Stamenkoviçə çatdı
“Sabah” Premyer Liqanın 13-cü turunda səfərdə “Səbail”ə 2:0 hesabıyla qalib gəldi.
mediasport.az xəbər verir ki, Bayılda keçirilən matç Masazır klubunun müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub.
“Səbail”lə görüşdə “Sabah”ın formasında 67-ci rəsmi oyununu keçirən Amin klubun heyətində ən çox forma geuinmiş Saşa Stamenkoviçə çatıb. 2018-2021-ci illər aralığında “Sabah”ın heyətində çıxış etmiş serbiyalı qolkiper də 67 dəfə meydana çıxıb.
Amin 2020-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qol vurub.