Bakı klubu daha bir futbolçusunu komandada saxlamadı - RƏSMİ

Bakı klubu daha bir futbolçusunu komandada saxlamadı - RƏSMİ

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, müdafiəçi Vüqar Həsənovla başa çatan müqavilə uzadılmayıb.

Xatırladaq ki, Bayıl klubu daha əvvəl Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırıb, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Süleyman Əhmədov və Cabir Əmirli ilə müqaviləni yeniləyib, Fərid Nəbiyev isə "Turan Tovuz"dan transfer olunub.