"Qarabağ"ın İsveç klubu ilə vacib duelinə 18 mindən çox bilet satılıb

"Qarabağ"ın İsveç klubu ilə vacib duelinə 18 mindən çox bilet satılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun "Qarabağ" - "Hekken" (İsveç) görüşü üçün satılmış biletlərin sayı açıqlanıb.

Mediasport.az xəbər verir ki, Bakıda baş tutacaq oyun üçün indiyə qədər 18700 bilet alınıb.

Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlanacaq.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.