"Qarabağ" UEFA reytinqində gerilədi

"Qarabağ" UEFA reytinqində gerilədi

Avrokubokların əsas mərhələsinin 4 və 5-ci tur görüşlərinin ardından klubların UEFA reytinqi açıqlanıb.

Mediasport.az xəbər verir ki, qeydə alınan nəticələr sıralamada bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib.

Bakıda Fransanın "Olimpik" (Lion) klubuna məğlub olan (1:4) Qurban Qurbanovun komandası 1 pillə geriləyərək 62-ci sıraya düşüb.

Ağdam klubunun hesabında 32,000 xal var.

Digər təmsilçilərimizdən “Neftçi” 8,000 xalla 175-ci yerə şərikdir.

“Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Reytinqə 135,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.