"Qəbələ" rəhbərliyi məşqçilər korpusu ilə bağlı qərarını verdi - RƏSMİ
"Qəbələ" İdman Klubunun rəhbərliyi futbol komandasının məşqçilər korpusu ilə danışıqları yekunlaşdırıb.
mediasport.az xəbər verir ki, şimal təmsilçisi baş məşqçi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.
43 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.
Baxşıyev 2019-cu ilin sentyabrından "Qəbələ"nin baş məşqçisidir.