"Qarabağ" üzərindəki qələbə "Qəbələ" üçün yubileylə əlamətdar oldu

"Qarabağ" üzərindəki qələbə "Qəbələ" üçün yubileylə əlamətdar oldu

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Qəbələ” üçün əlamətdar olub.

mediasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın ev matçında “Qarabağ” üzərindəki qələbəsi (1:0) klubun tarixinə 150-ci ev zəfəri kimi düşüb.

Yubiley 316-cı qarşılaşmaya təsadüf edib. “Qırmızı-qaralar” Premyer Liqada 106, kubokda 23, birinci divizionda 13, avrokuboklarda 8 ev qələbəsinə sevinib.

“Qəbələ”nin ilk ev qələbəsi 2005-ci il sentyabrın 21-də qeydə alınıb. Birinci divizionda çıxış edən komanda “Şərur”u 8:0 hesabı ilə məğlub edib.