AVRO-2025: Azərbaycan milli komandası İsveçrəyə məğlub oldu

AVRO-2025: Azərbaycan milli komandası İsveçrəyə məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün AVRO-2025-in seçmə qrup mərhələsində sonuncu oyununu keçirib.

Mediasport.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə yarışın final mərhələsinə ev sahibliyi edəcək İsveçrənin qonağı olub.

Seçməmiz güclü rəqibinə 3 cavabsız qolla uduzub.

Komandamız 4 xalla qrupu sonuncu pillədə başa vurub.

İsveçrə 15 xalla qrup birincisi olub. Türkiyə 9 xalla ikinci, Macarıstan isə 7 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, İsveçrə yığması meydan sahibi olduğu üçün final mərhələsində birbaşa iştirak hüququ əldə edib. Buna görə millimizin pley-off şansları davam edir. Bütün görüşlər başa çatandan sonra vəziyyətə aydınlıq gələcək.


Avropa çempionatı. B Liqası. I qrupu


İsveçrə - Azərbaycan 3:0

Qollar: Maryam Tercun, 25, Viola Kalliqaris, 77, Ana-Mariya Krnoqorçeviç.

Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova.

"Olimpik De La Pontez" stadionu.