"Qarabağ" və "Neftçi"nin legionerləri Monteneqro millisində
"Qarabağ" və "Neftçi"nin legionerləri Monteneqro millisinə çağırılıblar.
Mediasport.az xəbər verir ki, Marko Yankoviç və Edvin Kuç UEFA Millətlər Liqasının qarşıdakı iki matçında baş məşqçi Robert Prosineçkinin sərəncamında olacaq.
Komanda oktyabrın 11-də Türkiyə, 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.
Monteneqroluların əsas üzvlərindən Marko Veşoviç zədəli olduğu üçün heyətə dəvət almayıb.