"Qəbələ" Qətər şirkətinə satılır!
Azərbaycanın futbol təsərrüfatı ilə yaxından maraqlanan ərəb investorlar "Qəbələ" İK-nı satın ala bilər.
mediasport.az xəbər verir ki, bu barədə məlumatı sportlife.az saytı paylaşıb.
Xəbərdə bildirilir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oğlu Tale Heydərov sahibi olduğu klubu Qətərin məşhur şirkətlərindən birinə satmağa hazırlaşır. Məlumata görə, Kəmaləddin Heydərovun oğlu atasının Qətərin yüksək vəzifəli dövlət rəsmiləri ilə yaxın münasibətlərindən maksimum yararlanaq danışığa başlayıb.