"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu 6-cı Liqa klubuna keçdi

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu 6-cı Liqa klubuna keçdi

Azərbaycanda 3 klubda oynamış Donald Gerye özünə yeni klub tapıb.

Mediasport.az xəbər verir ki, 35 yaşlı cinah futbolçusu karyerasını Almaniyada davam etdirəcək.

"Qarabağ", "Neftçi" və "Zirə"də forma geyinmiş Haiti milli komandasının keçmiş üzvü 6-cı Liqa təmsilçisi "Kosmos Koblenz" klubunda oynayacaq.

Gerye Ağdam klubunda 2 dönəm (20172019 və 2020/2021), "Neftçi"də 2019/2020, "Zirə"də isə 2023-cü ildə çıxış edib.