"Qarabağ" və "Sabah"ın keçmiş futbolçularını birləşdirən məqam
"Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Uroş Matiç "Sabah"da forma geyinmiş müdafiəçi Filip İvanoviçlə birlikdə məşqçiliyə başlamağı planlaşdırır.
mediasport.az xəbər verir ki, hər iki serbiyalı bu məqsədlə kurslara yazılıb.
Matiç kursda çəkdiyi şəkli sosial şəbəkə hesabında paylaşıb.
O, Ağdam klubunda 2020-2021-ci illərdə çıxış edib. Vətənində "Radniçki"nin heyətində oynayan İvanoviç isə 2018-2021-ci illərdə “Sabah”ın uğurları üçün çalışıb.