Yevlaxda ara qarışıb, məzhəb itib - 1-ci Liqa qalmaqalla start götürüb

 Yevlaxda ara qarışıb, məzhəb itib - 1-ci Liqa qalmaqalla start götürüb

Azərbaycan 1-ci Liqası Yevlax şəhər stadionunda keçirilən bir matçla start götürüb.

Mediasport.az xəbər verir ki, yerli "Karvan" "Mingəçevir"i qəbul edir.

Qarşılaşmanın ikinci hissəsində xoşagəlməz hadisələr yaşanıb.

Görüşün 63-cü dəqiqəsində meydan sahibi komandanın kapitanı Müşfiq Teymurovun qonaq azarkeşlərə qeyri-etik hərəkətindən sonra meydançada ara qarışıb, məzhəb itib.

Dava-dalaş tribunalara da sirayət edib. Hər iki komandanın futbolçuları meydandan kənarlaşdırılıblar. Oyunda təxminən 10 dəqiqə fasilə yaranıb.

"Karvan"dan Müşfiq Teymurov, qonaqlardan isə Elçin Qasımovla Elvin Əlizadə qırmızı vərəqə alıb.

Hazırda davam etdirilən dueldə yevlaxlıların 3:1 hesablı qələbəsi qeydə alınır.