Millimizin heyəti açıqlandı, Renat Dadaşov yığmaya dəvət edilmədi

Millimizin heyəti açıqlandı, Renat Dadaşov yığmaya dəvət edilmədi

İyunun 7-də Albaniya, 11-də isə Qazaxıstan milli komandaları ilə beynəlxalq yoldaşlıq oyunları keçirəcək futbol üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, komandamızın baş məşqçi səlahiyyətlərini icra edən Arif Əsədov düşərgəyə 24 futbolçu cəlb edib.

Milliyə çağırılanlar arasında əvvəlki görüşlərə dəvət almış Renat Dadaşovla Vüsal İsgəndərlinin adı yoxdur.

Əvəzində heyətə 4 qapıçı dəvət alıb.

Xatırladaq ki, yığmamızın hər iki görüşü Macarıstanın Sombatxey şəhərindəki “Haladaş Sportkompleks" stadionunda baş tutacaq.

Albaniya ilə duel Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma saat 18:00-da start götürəcək.



S

AD/SOYAD

KLUB

1

Şahruddin Məhəmmədəliyev

Adana Demirspor (Türkiyə)

2

Rəşad Əzizli

Qəbələ

3

Rza Cəfərov

Neftçi

4

Mehdi Cənnətov

Sumqayıt

5

Elvin Bədəlov

Sumqayıt

6

Bədavi Hüseynov

Qarabağ

7

Qismət Alıyev

Zirə

8

Rahil Məmmədov

LKS Lodz (Polşa)

9

Elvin Cəfərquliyev

Qarabağ

10

Anton Krivotsyuk

Daejon Hana (Cənubi Koreya)

11

Amin Seydiyev

Sabah

12

Bəhlul Mustafazadə

Qarabağ

13

Toral Bayramov

Qarabağ

14

Aleksey İsayev

Qarabağ

15

Çoşqun Diniyev

Umraniyespor (Türkiyə)

16

Emin Mahmudov

Neftçi

17

Elvin Camalov

Sabah

18

Emil Səfərov

Qəbələ

19

Vüsal İsgəndərli

Boluspor (Türkiyə)

20

Emil Mustafayev

Polissya (Ukrayna)

21

Ceyhun Nuriyev

Zirə

22

Mahir Emreli

Dinamo (Zaqreb, Xorvatiya)

23

Musa Qurbanlı

Yurqorden (İsveç)

24

Ramil Şeydayev

Kocaelispor (Türkiyə)