"Qarabağ", "Neftçi" və "Turan Tovuz" azarkeşlərinə görə ziyana düşdülər
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, qurum azarkeşlərin davranışlarına görə klublara cəza kəsib.
Premyer Liqanın 9-cu turunun “Neftçi” - “Araz-Naxçıvan” oyununun 30-cu dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “ağ-qaralar” 800 manat cərimə ödəyəcəklər.
Turun "Turan Tovuz" - "Qarabağ" oyununda ev sahibi klub tərəfdarlarının pirotexniki vasitədən istifadə etməsinə görə 1500 manat cərimələnib.
Tovuzlular oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün də cərimələniblər - 800 manat.
“Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə isə stadiona dəymiş zərəri Ağdam təmsilçisi ödəyəcək.