"Qurbanovun önündə yalnız şlyapa çıxarmaq olar" - Rusiya mətbuatı

"Qurbanovun önündə yalnız şlyapa çıxarmaq olar" - Rusiya mətbuatı

Rusiyanın məşhur "football.kulichki.net" portalı UEFA Avropa Liqasının keçid pley-off mərhələsinin ilk matçı çərçivəsində Portuqaliyada keçirilmiş "Braqa" - "Qarabağ" oyunu haqda geniş reportaj hazırlayıb.

Mediasport.az xəbər verir ki, müəllif Oleq Olezovun qarşılaşma barədə fikirlərində Ağdam klubu və baş məşqçi Qurban Qurbanov haqda maraqlı ifadələr əksini tapıb.

Maraqlıdır ki, sayt bir gün əvvəl "köhlən atlar"ın portuqallar qarşısında şansının olmadığını qeyd etmişdi.

İndisə yanaşma tam fərqlidir:

“Silah ustaları” böyükhesablı ev məğlubiyyətindən qaçdılar və Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını az da olsa, saxladılar. Qurban Qurbanovun önündə yalnız şlyapa çıxarmaq olar. Ağdamlıların yalnız ən sadiq azarkeşləri “atlılar”dan Portuqaliyanın şimalında belə cəsarət gözləyə bilərdi”.

Qeyd edək ki, Azərbaycan çempionu səfərdə 4:2 hesablı qələbə qazanıb və fevralın 22-də Bakıda cavab duelinə çıxacaq.