Bölgə təmsilçisi azarkeş sayında bütün rəqiblərini geridə qoydu

Bölgə təmsilçisi azarkeş sayında bütün rəqiblərini geridə qoydu

Futbol üzrə Azərbaycan 2-ci Liqasında geridə qalan mövsüm ev oyunlarına ən çox azarkeş toplayan komandaların reytinqi açıqlanıb.

Mediasport.az xəbər verir ki, siyahıya Şəki təmsilçisi "Şəki Siti" başçılıq edir.

Komandanın hər ev matçını orta hesabla 458 azarkeş izləyib.

Şəkililərin ev qarşılaşmalarına mövsüm ərzində 6 minə yaxın izləyici toplaşıb.

“Ağdaş” bu göstəricidə ikinci, "Şəmkir" üçüncüdür.

Ümumən isə ən çox tamaşaçı toplayan oyun 1-ci tura təsadüf edib. “Şəki Siti" - “Dinamo” qarşılaşmasında 1100 izləyici olub.

“Lerik” - “Qusar” matçında 900, “Cəbrayıl” - “Füzuli” oyununda 800 seyrçi qeydə alınıb.

2-ci Liqanın 182 oyunundan 6-sı texniki nəticə ilə yekunlaşıb.

Digər 176 matçına 24092 tamaşaçı təşrif buyurub.



1

Şəki Siti

13

5950

458

2

Ağdaş

12

2780

232

3

Şəmkir

12

2182

182

4

Kürmük Qax

13

2260

174

5

Lerik

13

2100

162

6

Kür-Araz

13

1945

150

7

Göygöl

11

1345

122

8

Cəbrayıl

13

1465

113

9

Şəfa

13

995

77

10

Dinamo

12

820

68

11

Baku Sportinq

13

810

62

12

Füzuli

13

670

52

13

Şahdağ Qusar

12

405

34

14

Qusar

13

365

28

176

24092

137