AVRO-2024: Millimizin oyunlarına hakim təyinatları açıqlanıb

AVRO-2024: Millimizin oyunlarına hakim təyinatları açıqlanıb

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, komandamız ilk matçını martın 14-də Bolqarıstan millisinə qarşı keçirəcək.

Tarixdə 15-ci dəfə təşkil olunacaq Avropa çempionatınnı final mərhələsi mayın 5-dən 18-dək İsveçdə baş tutacaq.


AVRO-2024. Seçmə qrup mərhələsi


14 mart 

Bolqarıstan – Azərbaycan

Hakimlər: Laura Maurisio (İsveçrə), Cenine Okle (İsveçrə), Nargis Maqau (Qazaxıstan)

Dördüncü hakim: Tatyana Sorokopudova (Bolqarıstan)


17 mart

Sloveniya – Azərbaycan

Hakimlər: Steysi Pirson (İngiltərə), Anastasiya Voloşçuk (İngiltərə), Liliya Dumbalakova (Bolqarıstan)

Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan)


20 mart

Azərbaycan – Moldova

Hakimlər: Laura Maurisio (İsveçrə), Cenine Okle (İsveçrə), Liliya Dumbalakova (Bolqarıstan)

Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan)