"Qarabağ"dan Estoniyadakı beynəlxalq turnirdə ardıcıl 3 qələbə
"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası Estoniyada keçirilən "Tallinn Cup"da mübarizəyə başlayıb.
Mediasport.az xəbər verir ki, Rəşad Sadiqovun çalışdırdığı komanda ilk turda Latviya təmsilçisi "Auda" ilə görüşüb.
"Köhlən atlar" rəqibini 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim iki, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə bir qol vurub.
İkinci turda İsveç "Hasselbi"si ilə görüşən "Qarabağ" 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim iki, Əli Əliyev və Sahib Aliyev hərəyə bir qola imza atıb.
Komanda Estoniyanın "NF Academy" klubunu da məğlub edib - 2:1. Əli İbrahim turnirdə ardıcıl üçüncü dublunu gerçəkləşdirib.
İlk üç turda 9 xal toplayan U-16 10 qol vurub, 2-ni buraxıb.
Turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.