"Neftçi"nin yetirməsi Premyer Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ
Yeni mövsümün hazırlıqlarına start verən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda "Neftçi"nin yetirməsi Ömər Buludovla anlaşıb.
Paytaxt klubu ilə müqaviləsi başa çatan cinah müdafiəçisi 1 illik müqaviləyə qol çəkib.
Buludov 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi bu gün "Qəbələ"dən Urfan Abbasov və Ülvü İsgəndərovu da heyətə cəlb edib.