"Zirə"nin legioneri 100-ə çatdı

"Zirə"nin legioneri 100-ə çatdı

"Zirə" Azərbaycan Premyer Liqasının 5-ci turunda "Qarabağ"a uduzub (1:3).

Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin braziliyalı legioneri Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununa çıxıb.

28 yaşlı forvard "köhlən atlar"la oyuna sonradan meydana çıxıb. O, 100 oyuna 18 qol vurub.

Rafael "Qəbələ"də 81 oyuna çıxıb, 15 qol vurub, "Zirə"də 19 oyuna 3 dəfə fərqlənib.

Utziq Premyer Liqada 19 sentyabr, 2020-ci ildə "Qəbələ"nin "Keşlə" (indiki "Şamaxı") ilə ev görüşündə (0:0) debüt edib.