"Neftçi" - "Zirə" oyununda qonaqların məşqçiləri hakimlərə hücum çəkdi, azarkeşlər də ölümlə hədələdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, AFFA U-14 Liqasının “Neftçi” - “Zirə” görüşündə qalmaqal yaşanıb.
Oyun başa çatdıqdan sonra “Zirə”nin məşqçilər korpusu və azarkeşləri meydana daxil olaraq hakimlər briqadasına hücum etməyə cəhd göstəriblər. İK-nın qərarına əsasən, oyundan sonra bir neçə saat keçməsinə baxmayaraq, bəzi azarkeşlər meydanın ətrafında qalaraq hakimlərin sağlamlığına təhlükə yaradacaqları barədə hədə-qorxu gəlməyinə görə “Zirə”nin oyunları 3 oyun azarkeşsiz keçiriləcək.
“Zirə”nin məşqçi korpusu (xətanı törədən şəxslər) 5 oyun cəzalandırılıb.