"Qarabağ"dan son 16 mövsümdə Azərbaycan Kubokunda REKORD

"Qarabağ"dan son 16 mövsümdə Azərbaycan Kubokunda REKORD

“Qarabağ” cari mövsüm Azərbaycan Kubokunda 19 qol vurub.

Mediasport.az xəbər verir ki, son 16 mövsümdə ilk dəfə belə məhsuldarlıq qeydə alınıb.

Sonuncu dəfə 2007/08 mövsümündə eyni komanda bu qədər qola imza atıb.

Həmin vaxt “Xəzər Lənkəran” 27 qola sevinib.

“Neftçi” və “İnter” (indiki “Şamaxı”) 19 dəfə fərqlənib.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda iyunun 2-də kubokun həlledici görüşündə "Zirə" ilə qarşılaşacaq.