Sadıqov Ayaz Quliyevin məğlubiyyətini kənardan izlədi

Sadıqov Ayaz Quliyevin məğlubiyyətini kənardan izlədi

Rusiya Premyer Liqasında 12-ci tura start verilib.

MediaSport.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi "Ximki" səfərdə "Ural"ın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Ayaz Quliyev 90 dəqiqə meydanda olub, İlya Sadıqov isə sonadək ehtiyatda qalıb.

12 turdan sonra 8 xal toplayan "Ximki" 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.