"Qarabağ"ın rəqibi Fransadan türkiyəli futbolçunu transfer etdi

"Qarabağ"ın rəqibi Fransadan türkiyəli futbolçunu transfer etdi

"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən "Olimpiakos" (Yunanıstan) türkiyəli futbolçu transfer edib.

Mediasport.az xəbər verir ki, Pirey təmsilçisi hücumameylli yarımmüdafiəçisi Yusuf Yazıcını heyətinə qatıb.

Türkiyə millisinin üzvü ötən mövsümü "Lill"in (Fransa) heyətində keçirib, 41 oyuna 12 qol vurub.

Yusuf karyerası ərzində ölkəsinin "Trabzonspor" və ÇSKA-nın (Moskva, Rusiya) da formalarını geyinib.