PFL-in icraçı direktoru Millətlər Liqasının matçına təyinat alıb

  PFL-in icraçı direktoru Millətlər Liqasının matçına təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) rəsmisi Zaur Hacı-Məhərrəmov Millətlər Liqasının matçına təyinat alıb.

Mediasport.az xəbər verir ki, icraçı direktor Latviya - Farer adaları matçında UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Həmin matç sentyabrın 10-da keçiriləcək.