Azərbaycan Kubokunu qazanmış məşqçi Premyer Liqada - RƏSMİ

Azərbaycan Kubokunu qazanmış məşqçi Premyer Liqada - RƏSMİ

2017-ci ilin dekabrından 2018-ci ilin yayına qədər "Keşlə"nin (indiki "Şamaxı") baş məşqçisi olmuş Yuri Maksimovun yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Ukraynanın "Dnepr-1" klubunu çalışdıracaq.

Premyer Liqa təmsilçisi ukraynalı mütəxəssislə 2 illik müqavilə bağlayıb.

Liqada işləri qaydasında getməyən Dnepr klubu hazırda 6 turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Maksimov "Keşlə"yə Azərbaycan kubokunu qazandırıb.

O, son olaraq Ukraynanın 2-ci Liqa klubu "Zvyagel"də (Jitomir) çalışıb.