"Qarabağ"ın rəqibləri: 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət - Avroliqa

"Qarabağ"ın rəqibləri: 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət - Avroliqa

"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarına çıxıblar.

Mediasport.az xəbər verir ki, "Ayaks" Niderland Erediviziyasının 9-cu turunda "Herakl"ı səfərdə üstələyib - 4:3.

"Olimpik" (Lion) Fransa Liqa 1-in 8-ci turunda "Havr"ın qapısından 4 cavabsız top keçirib.

"Olimpiakos" Yunanıstan Superliqasının 8-ci turunda "Levadiakos"la məhsuldar heç-heçə edib (2:2).

"Elfsborq" İsveç çempionatının 27-ci turunda "Hekken"ə uduzub (1:3).

"Bude-Qlimt" Norveç çempionatının 25-ci turunun "Tromsö" ilə görüşündə xal itirib (0:0).

FKSB Rumıniya 1-ci Liqasının 11-ci turunda "Dinamo"nu (Buxarest) məğlub edib (2:0).