Səudiyyə Ərəbistanı klubu Lunyovla danışıqlar aparır

 Səudiyyə Ərəbistanı klubu Lunyovla danışıqlar aparır

Səudiyyə Ərəbistanı klubu "Əl-Feyha" “Qarabağ”ın qapıçısı Andrey Lunyovu transfer etmək istəyir.

Mediasport.az xəbər verir ki, Asiya təmsilçisi 33 yaşlı qolkiperlə danışıqlar aparır.

Bu barədə Əl-Majma klubunun baş məşqçisi Vuk Raşoviç açıqlama verib.

Serbiyalı mütəxəssis Rusiya mətbuatına müsahibəsində Lunyovla maraqlandıqlarını bildirib. O, danışıqların detalları barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, Rusiya millisinin üzvü Ağdam təmsilçisinin heyətində ötən ilin avqustundan çıxış edir.

Tərəflər arasında 1+1 illik müqavilə var, anlaşmanın ilk hissəsi bu ay başa çatır.