"Qarabağ"ın Avroliqa rəqibi qalib gəlib liderliyini qorudu - VİDEO
UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda “Qarabağ”a rəqib olacaq FKSB Rumıniya çempionatının 19-cu tur oyununu keçirib.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi “Botoşani”ni qəbul edib.
2:1 hesablı qələbə qazanan Elias Xaralambusun komandası turnir cədvəlində liderliyini qoruyub.
Buxarest klubunun aktivində 33 xal var, ən yaxın izləyicisi - həmşəhərliləri "Dinamo"nu 1 xal qabaqlayır.
Xatırladaq ki, Azərbaycan çempionunun rumınlarla qarşılaşması 2025-ci il yanvarın 23-də Bakıda baş tutacaq.