Keçmiş baş məşqçini geri qaytardılar
"Ştuttqart"ın yeni baş məşqçisi müəyyənləşib.
mediasport.az xəbər verir ki, Bundesliqa təmsilçisini komandaya heç də yad olmayan Bruno Labbadiya çalışdıracaq.
Kluba ikinci qayıdışı rəsmiləşən 56 yaşlı almaniyalı mütəxəssislə 2025-ci ilin yayına qədər müqavilə bağlanıb.
O, 2010/2013-cü illərdə Ştuttqart klubunun "sükan"ı arxasında olub.