Mahirin klubu İspaniya təmsilçisinə rəqib olub - Avropa Konfrans Liqası
Bu gün futbol üzrə qitənin üçüncü nüfuzlu klub yarışı Konfrans Liqasında da pley-off mərhələsinin cütləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasının qrup üçüncüləri ilə qarşılaşacaqlar.
Səpələnmişlər: “Bude-Qlimt” (Norveç), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ferensvaroş” (Macarıstan), “Ayntraxt” (Almaniya), Gent (Belçika), “Legiya” (Polşa), “Ludoqores” (Bolqarıstan), “Slovan” (Slovakiya).
Səpələnməmişlər: “Ayaks” (Niderland), “Makkabi” (Hayfa, İsrail), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), “Servette” (İsveçrə), “Şturm” (Avstriya), “Yunion” (Belçika).
Raundun görüşləri 2024-cü il fevralın 15-i və 22-də olacaq.
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" İspaniyanın "Betis" klubuna rəqib olub.
Avropa Konfrans Liqası. Pley-off mərhələsi
“Betis” (İspaniya) - Dinamo” (Xorvatiya)
“Şturm” (Avstriya) - “Slovan” (Slovakiya)
“Servette” (İsveçrə) - “Ludoqores” (Bolqarıstan)
“Yunion” (Belçika) - “Ayntraxt” (Almaniya)
“Olimpiakos” (Yunanıstan) - “Ferensvaroş” (Macarıstan)
“Ayaks” (Niderland) - “Bude-Qlimt” (Norveç)
“Molde” (Norveç) - “Legiya” (Polşa)
“Makkabi” (Hayfa, İsrail) - Gent (Belçika)