"Qarabağ"ın AL-dakı rəqibləri növbəti oyunlarına çıxacaqlar
"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarına çıxacaqlar.
Mediasport.az xəbər verir ki, "köhlən atlar"ın yarışın 1-ci həftəsində uduzduğu "Tottenhem" "Mançester Yunayted"lə üz-üzə gələcək.
"Olimpik" (Lion) Fransa Liqa 1-in 6-cı turunda "Tuluza"nın qonağı olacaq.
"Ayaks" Niderland çempionatının 7-ci turunda "Vaalvijk"lə münasibətlərinə aydınlıq gətirəcək.
"Malmö" İsveç çempionatının 25-ci turunda "Myalbi", "Elfsborq" isə "Kalmar"la qarşılaşacaq.
"Olimpiakos" Yunanıstan çempionatının 6-cı turunda "Atromitos"u qəbul edəcək.
"Bude-Qlimt" Norveç çempionatının 24-cü turunda "Kristiansund"a, FKSB Rumıniya 1-ci Liqasının 11-ci turunda "Sepsi" ilə oynayacaq.
29 sentyabr
Fransa çempionatı. 6-cı tur
17:00 "Tuluza" - "Olimpik" (Lion)
İsveç çempionatı. 25-ci tur
18:30 "Malmö" - "Myalbi"
18:30 "Kalmar" - "Elfsborq"
Niderland çempionatı. 7-ci tur
18:45 "Vaalvijk" - "Ayaks"
Yunanıstan çempionatı. 6-cı tur
19:00 "Olimpiakos" - "Atromitos"
Norveç çempionatı. 24-cü tur
19:00 "Bude-Qlimt" - "Kristiansund"
İngiltərə çempionatı. 6-cı tur
19:30 "Mançester Yunayted" - "Tottenhem"
Rumıniya çempionatı. 11-ci tur
22:30 "Sepsi" - FKSB