Yığma komandamızdan imtina edən futbolçu bu milliyə dəvət aldı
Futbol üzrə Azərbaycan yığma komandasında oynamaqdan imtina edən Qazaxıstanın "Jenis" klubunun üzvü Rauf Allahverdiyev növbəti dəfə milliyə çağırılıb.
Mediasport.az xəbər verir ki, 17 yaşlı istedadlı futbolçu bu dəfə Qazaxıstanın U-19 yığmasına dəvət alıb.
Əvvəllər bu ölkənin 17 yaşlılardan ibarət millisində forma geyinmiş Allahverdiyev bir neçə gün öncə verdiyi açıqlamada əsas məqsədinin A komanda olduğunu qeyd etmişdi.
Xatırladaq ki, AFFA əslən azərbaycanlı olan mərkəz hücumçusuna dəvət göndərsə də, müsbət cavab almayıb.
Raul "Jenis" klubunun yetirməsidir.