"Qarabağ"dan növbəti məğlubiyyət

  "Qarabağ"dan növbəti məğlubiyyət

İtaliyanın Neapol şəhərində 16 yaşadək futbolçulardan ibarət komandalar arasında "Blue Devils Cup" beynəlxalq turnir keçirilir.

Mediasport.az xəbər verir ki, C qrupunda yer alan "Qarabağ" günün ikinci matçında "Benevento" ilə qarşılaşıb və uduzub.

Təmsilçimiz günün ilk matçında da "Tor Tre Teste"yə uduzmuşdu - 0:1.

Qrup qalibləri və ikinci yerin sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək.

Digər iştirakçılar aşağı pillələr uğrunda mübarizəni davam etdirəcəklər.

Turnirə sentyabrın 8-də yekun vurulacaq.

"Blue Devils Cup" beynəlxalq turniri. Qrup mərhələsi

6 sentyabr

"Qarabağ" - "Benevento" 1:3