Adı "Qarabağ"la birgə hallanan forvard Braziliya klubuna keçdi

Adı "Qarabağ"la birgə hallanan forvard Braziliya klubuna keçdi

Bir müddət adı "Qarabağ"la da hallanan Alfredo Morelos "transfer pəncərəsi"nin son günlərində özünə yeni komanda tapıb.

Mediasport.az xəbər verir ki, kolumbiyalı hücumçu karyerasını Braziliyada davam etdirəcək.

27 yaşlı forvard A Seriyası təmsilçisi "Santos"la 2 illik müqavilə bağlayıb.

Morelos son olaraq Şotlandiyanın "Reyncers"klubunda çıxış edib və 45 oyuna 12 qol vurub.