"Qarabağ"ın Çempionlar Liqası oyununun biletləri satışa çıxarılır

 "Qarabağ"ın Çempionlar Liqası oyununun biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri satışa çıxarılır.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 11:00-dan etibarən əldə edə bilərlər.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Biletlər iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Xatırladaq ki, görüş iyulun 30-da keçiriləcək və saat 20:00-da başlanacaq.