Mahirdən Almaniyada növbəti qol, komandası 8 qolla qalib gəldi
Almaniyanın 2-ci Bundesliqası klubu "Nürnberq"də çıxış edən Mahir Emreli növbəti qolunu vurub.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu 10-cu turun "Yan Regensburq"la ev qarşılaşmasında fərqlənib.
23-cü dəqiqədə adını tabloya yazdıran 27 yaşlı forvard Bundesliqada vurduğu qolların sayını 2-yə çatdırıb.
Emrelinin komandası inamlı qələbə (8:3) sayəsində turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdıraraq 7-ci pilləyə yüksəlib.