"Qarabağ"ın Norveç klubu ilə matçı portuqaliyalı hakimlərə tapşırıldı
UEFA Avropa Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Budö Qlimt" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, görüşü Portuqaliyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Norveçin "Aspmira Arena"sında keçiriləcək oyunun baş hakimi Luis Qodinyo olacaq.
Yan xətdə Ruy Teyşeyra və Pedro Almeyda yer alacaqlar. Dördüncü hakim funksiyasını Andre Narçiso yerinə yetirəcək.
VAR-da Hüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcəklər.
Noyabrın 7-də reallaşacaq qarşılaşma Bakı vaxtilə saat 21:45-də başlanacaq.