Hakimi söyən "Kəpəz"in baş məşqçisi 5 oyunluq cəza aldı
AFFA İntizam Komitəsi aşağı liqalarda çalışan iki baş məşqçiyə ciddi cəzalar verib.
Mediasport.az xəbər verir ki, onlardan biri “Kəpəz”in ikinci komandasının çalışdırıcısı Xaliq Mərdanovdur.
Mütəxəssis qarşıdakı 5 oyunda texniki skamyada yer almayacaq.
O, “Kəpəz-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində hakimi təhqir edib. Gəncə klubu 400 manat da cərimə ödəyəcək.
AFFA U-11 Liqasında yarışan “Ağdam” klubunun baş məşqçisi Zakir Dadaşov da 5 matçlıq diskvalifikasiya olunub.
O, U-11 Liqasında “Olimpiya” (Ağcabədi) ilə görüşün 45-ci dəqiqəsində hakimi təhqir edib.
Fotoda Xaliq Mərdanov