Eden Azar AÇ-də Azərbaycan millisinə qarşı oynamayacağını açıqladı
AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda yığma komandamızın rəqibi olacaq Belçika bir daha ulduz futbolçusu Eden Hazarlın xidmətindən istifadə edə bilməyəcək.
mediasport.az xəbər verir ki, 31 yaşlı hücumçu milli komanda karyerasını başa vurub.
DÇ-2022-dəki uğursuzluqdan sonra bu qərara gələn Azar yığmadan gedişini rəsmən sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.
2008-ci ildən millinin formasını geyinən futbolçunun komandası Qətər mundialında qrupdan çıxa bilməyib.