"Qarabağ"ın Çempionlar Liqası oyununun hakimləri açıqlandı
Azərbaycanı yeni mövsümdə futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 2-ci təsnifat mərhələsinin cavab oyununun hakim təyinatları açıqlanıb.
Mediasport.az xəbər verir ki, görüşü Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Viktor Kopiyevski olacaq.
Ona Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq.
Xatırladaq ki, Azərbaycan çempionunun rəqibi 1-ci raundda üz-üzə gələcək “Hamrun” (Malta) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi olacaq.
Qurban Qurbanovun komandası ilk görüşünü iulun 23-ü və ya 24-də səfərdə keçirəcək.