Fransadakı məğlubiyyət Azərbaycanın reytinqinə təsir etdi
Avropa Liqasının qrup mərhələsinin son turunda "Frayburq"la qarşılaşacaq "Qarabağ" qələbə qazansa belə, Azərbaycanın UEFA reytinqində 2022/2023-cü illər mövsümü üçün xal ehtiyatı və mövqeyi dəyişməz qalacaq.
mediasport.az xəbər verir ki, buna "Qarabağ"ın 5-ci tur çərçivəsində Fransada "Nant"a uduzması (1:2) səbəb olub.
Hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmiz 15.875 xalla 29-cu pillədə qərarlaşıb. 28-ci yerdə dayanan Polşanın 17,750, 30-cu Qazaxıstanın 12,625 xalı var.