"Qarabağ" Finlandiyaya səfər proqramını açıqladı - Avropa Liqası

"Qarabağ" Finlandiyaya səfər proqramını açıqladı - Avropa Liqası

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HJK klubunun qonağı olacaq “Qarabağ” avqustun 16-da saat 11:00-da Finlandiyaya yollanacaq.

mediasport.az xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanovun avqustun 16-da yerli vaxt ilə 19:15-də (Bakı vaxtı ilə 20:15) mətbuat konfransı başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşqimiz isə yerli vaxt ilə 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı “Bolt Arena”da baş tutacaq.

Avqustun 17-də keçiriləcək HİK - "Qarabağ" oyunu saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk görüşdə Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.