"Qarabağ"ın UEFA Çempionlar Liqası oyunlarının vaxtı dəqiqləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqası oyunlarının vaxtı dəqiqləşib

Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 2-ci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komnadasının ilk görüşü səfərdə olacaq.

Matç iyulun 23-ü, saat 20:00-da "Europe Point" stadionunda baş tutacaq.

Cavab qarşılaşması iyulun 30-da Bakıda keçiriləcək.