Kaşukun zədəsi qorxulu deyil
"Sabah"ın "Neftçi"yə qarşı oyunda ağır zədə alan futbolçusu Aleksey Kaşukun MRT müayinəsinin cavabı bəlli olub.
mediasport.az xəbər verir ki, ukraynalı futbolçunun ayağında qırıq aşkarlanmayıb.
Məlumatı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov verib: "Kaşuk müalicəsini davam etdirir. Növbəti matça kimi hazır olub-olmayacağı bəlli deyil".
Yarımmüdafiəçi Premyer Liqanın 11-ci turu çərçivəsində "Neftçi" ilə oyunun 78-ci dəqiqəsində zədələnmişdi.