"Sumqayıt"ın stadionunda yenilik

"Sumqayıt"ın stadionunda yenilik

"Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın yardımçı meydançasının ot örtüyü dəyişdirilir.

Klubdan mediasport.az saytına verilən məlumata görə, arenada süni ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

İstismar müddətini başa vurmuş örtük yenisi ilə əvəz olunacaq. İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.