"Neftçi" - "Qarabağ" görüşünü idarə edəcək hakimlər açıqlanıb

 "Neftçi" - "Qarabağ" görüşünü idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan Premyer Liqasında birinci dövrənin son turunun matçlarını idarə edəcək hakimlər açıqlanıb.

Mediasport.az xəbər verir ki, 9-cu turda üz-üzə gələcək əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ”ın dueli Rəşad Əhmədova tapşırılıb.

Tur 3 oyun gününü əhatə edəcək.


Azərbaycan Premyer Liqası. 9-cu tur


6 oktyabr (cümə)


18:00. “Zirə” – “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Zirə İdman Kompleksinin stadionu


7 oktyabr (şənbə)


16:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.

Qəbələ şəhər stadionu


18:00. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

“Bank Respublika Arena”


8 oktyabr (bazar)


16:30. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

“Kapital Bank Arena”


19:30. “Neftçi”– “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Neftçi Arena”