"Qarabağ" Avstriyada Almaniya Bundesliqası klubu ilə oynayacaq
Təlim-məşq toplanışı çərçivəsində sabah Avstriyaya yola düşəcək "Qarabağ"ın yoxlama görüşlərində qarşılaşacağı rəqiblərdən ikisi bəlli olub.
Mediasport.az xəbər verir ki, "köhlən atlar" iyulun 9-da, saat 14:30-da "Kayzerslautern" (Almaniya), həmin gün 20:00-da isə "Viktoriya" (Plzen, Çexiya) klubları ilə qarşılaşacaq.
Son Azərbaycan çempionunun Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.